Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Azərbaycan və Qazaxıstan prezidentləri “Qazax yurtası” ilə tanış olublar – YENİLƏNİB

Əsas / Siyasət

Azərbaycan və Qazaxıstan prezidentləri “Qazax yurtası” ilə tanış olublar – YENİLƏNİB


Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qazax xalqının milli geyimində olan qızlar dövlət başçılarını çörəklə qarşıladılar.

Prezidentlərə yurta barədə məlumat verildi.

Bildirildi ki, avqustun 1-də açılan “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilir. Avqustun 31-dək davam edəcək bu aksiyada “Welcome to KZ” informasiya-turizm mərkəzi tərəfindən ziyarətçilərə Qazaxıstanın müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları ilə bağlı ətraflı məlumat verilir, təqdimatlar nümayiş olunur, mədəni, konsert və əyləncə proqramları keçirilir. Yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı yaradır.

Tanışlıq zamanı bildirildi ki, ənənəyə görə qazax milli süfrəsi ən hörmətli qonaqlar üçün açılır.

Qeyd edək ki, çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönələn bu tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə təşkil olunub.

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qazax musiqi qrupunun ifasını dinlədilər.

Sonra dövlət başçıları çay süfrəsi arxasında söhbət etdilər.

19:24

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar.

Bu barədə AZƏRTAC məlumat yayıb.