Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir

Əsas / Mədəniyyət / Kino

DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir


21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edir.

Citynews.az xəbər verir ki, münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.

Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kinorejissorlar, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod var.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox festival kino mükafatlarının laureatı Pavel Lozinskidir. O, özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən bəri festivalın məqsədi beynəlxalq proqramda dünyanın hər yerindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.