Valyuta məzənnəsi:
17:35 "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"  |     16:35 Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” - VİDEO  |     16:10 "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"  |     15:33 "O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür? - VİDEO  |     15:15 “Beşiktaş” İngiltərədən futbolçu transfer etdi  |     14:25 Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü - VİDEO  |     14:04 "Bavariya" onunla bağlı qərarını verdi  |     13:33 Həmin liseydə Əməkdar artistin övladı da olub  |     13:15 Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu  |     11:45 Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  |     11:35 "Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"  |     11:01 “Fatihin ayılmamağı daha yaxşı oldu”  |     10:47 Pol Poqba heyətdən kənarlaşdırıldı  |     10:35 "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"  |     10:32 Bakıda şagird müəllimi güllələdi  |     10:23 Barselona" maaşını azaltmaq istəyir  |     09:50 Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar  |     09:35 "Aşk-ı Memnu"nun məşhur aktyoru yeni SERİALDA - FOTO  |     09:20 "Liverpul" 100 milyonluq oyunçu alacaq  |     18:10 “Meşə kralının arvadıyam” - FOTOlar  |    
CityNews.az » Əsas » Ərdoğan nəvələrinin sayını açıqladı

Əsas / Son xəbərlər / Siyasət / Dünya / Maraqlı

Ərdoğan nəvələrinin sayını açıqladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ailələrdə ən azı üç uşağın olmasının vacibliyini bir daha vurğulayıb.

Citynews.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dövlət başçısı bu barədə İslam sənətinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı danışıb.

Prezident bildirib ki, ölkə əhalisinin sayının artırılması Türkiyə üçün strateji əhəmiyyət daşıyır.

Ərdoğan çıxışında ailələrə çağırış edərək qeyd edib:

"Dəfələrlə demişəm ki, hər ailədə azı üç uşaq olmalıdır. Əhalimizin artmasına ehtiyac var. Mənim doqquz nəvəm var və bu, mənim üçün böyük xoşbəxtlikdir".

Türkiyə Prezidenti həmçinin hökumətin cari ili "Ailə ili" elan etməsinə toxunaraq, ailə institutunun qorunması və gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.


O, bəzi insanların, hətta yaxın çevrələrdə olan şəxslərin belə əhali artımına qarşı çıxmasından narahatlığını da dilə gətirib:

"Təəssüf ki, bəzən əhalinin çoxalmasına qarşı mövqelərlə rastlaşırıq. Bu, məni məyus edir. Ümid edirəm ki, zamanla bu düşüncə dəyişəcək".

Qeyd edək ki, Türkiyə hakimiyyəti son illərdə doğum səviyyəsinin artırılması və ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədilə müxtəlif sosial proqramların icrasını planlaşdırır.


Hüseyn