Valyuta məzənnəsi:
17:35 "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"  |     16:35 Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” - VİDEO  |     16:10 "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"  |     15:33 "O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür? - VİDEO  |     15:15 “Beşiktaş” İngiltərədən futbolçu transfer etdi  |     14:25 Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü - VİDEO  |     14:04 "Bavariya" onunla bağlı qərarını verdi  |     13:33 Həmin liseydə Əməkdar artistin övladı da olub  |     13:15 Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu  |     11:45 Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  |     11:35 "Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"  |     11:01 “Fatihin ayılmamağı daha yaxşı oldu”  |     10:47 Pol Poqba heyətdən kənarlaşdırıldı  |     10:35 "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"  |     10:32 Bakıda şagird müəllimi güllələdi  |     10:23 Barselona" maaşını azaltmaq istəyir  |     09:50 Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar  |     09:35 "Aşk-ı Memnu"nun məşhur aktyoru yeni SERİALDA - FOTO  |     09:20 "Liverpul" 100 milyonluq oyunçu alacaq  |     18:10 “Meşə kralının arvadıyam” - FOTOlar  |    
CityNews.az » Əsas » Bir iynəsinin qiyməti 250 min dollardır

Əsas / Son xəbərlər / İdman

Bir iynəsinin qiyməti 250 min dollardır


Onurğa əməliyyatı keçirən tanınmış MMA döyüşçüsü Aleksandr Yemelyanenko səhhətindəki problemlərin aradan qaldırılması üçün böyük maliyyə vəsaitinə ehtiyac duyduğunu açıqlayıb.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, döyüşçü bu barədə "The KastaPodcast" verilişində danışıb. Onun sözlərinə görə, həkimə müraciət etməsinə Roman Rotenberqin tövsiyəsi səbəb olub. Aparılan müayinələrdən sonra ilkin ehtimalların əksinə olaraq, onda əzələ spazmı deyil, onurğa sınığı aşkar edilib. Bu zədə onurğa sinirinin qismən yerdəyişməsinə gətirib çıxarıb.

Yemelyanenko bildirib ki, həkimlər ona xüsusi iynə müalicəsi təyin ediblər. Sözügedən preparatlar olduqca bahalıdır: beş iynənin qiyməti 250 min dollar təşkil edir və ümumi müalicə kursunun dəyəri təxminən 1 milyon dollara çatır. Onun sözlərinə görə, bu iynələr Koreyadan sifariş olunur və kök hüceyrələrə əsaslanır. Döyüşçü hazırda belini tam sağaltmaq və yenidən normal formaya qayıtmaq yollarını düşündüyünü, bu müalicənin isə yeganə çıxış yolu olduğunu deyib.

Aleksandr Yemelyanenko gündəlik həyatında yaşadığı çətinliklərdən də bəhs edib. O qeyd edib ki, səhərlər qoltuqağacı olmadan qısa məsafələrdə hərəkət edə bilsə də, uzun məsafə qət etməkdə çətinlik çəkir və ayaqüstə qalmaq üçün mütləq nəyəsə söykənməyə ehtiyac duyur. Buna görə də hazırda əsasən qoltuqağacı ilə hərəkət edir.


Hüseyn