Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Güləş millimiz ona tapşırıldı

Əsas / Son xəbərlər / İdman

Güləş millimiz ona tapşırıldı


Yunan-Roma güləşi üzrə milliyə yeni baş məşqçi təyin edilib.

Citynews.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

Qeyd edək ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda "Cəsarət" ordeni ilə təltif edilib.

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir.