Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Əsas » Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb

Əsas / Son xəbərlər / Sağlamlıq / Cəmiyyət / Maraqlı

Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb


Təyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklər daşıdığına dair yeni araşdırma səyahətçilər arasında narahatlıq yaradıb. Alimlər dünyanın aparıcı aviaşirkətlərinə məxsus təyyarələrdəki suda nəcis mənşəli bakteriyaların aşkarlandığını bildiriblər.

Citynews.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, genişmiqyaslı tədqiqat uçuş zamanı çay və qəhvə kimi isti içkilərin belə təhlükəli ola biləcəyini üzə çıxarıb. Mütəxəssislər sərnişinlərə yalnız butulkada olan sudan istifadə etməyi, eləcə də təyyarə kran suyu ilə əlləri yumaqdan çəkinməyi tövsiyə edirlər.

Araşdırma "Qida, dərman və uzunömürlülük kimi" qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə 10 iri və 11 regional aviaşirkətə məxsus təyyarələrdən götürülən 35 mindən çox su nümunəsi laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, bir çox hallarda bu sular mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək dərəcədə çirklidir.

Mütəxəssislər xüsusilə tualetlərdəki gigiyenaya diqqət çəkərək bildiriblər ki, təyyarə çənlərində tez-tez patogen mikroorqanizmlər olur. Bu səbəbdən sərnişinlərə ən azı 60 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.

Araşdırma çərçivəsində suyun keyfiyyəti 5 ballıq şkala üzrə qiymətləndirilib. Çirklənmə və qaydaların pozulmasına görə aviaşirkətlər bal itirib. Delta və Frontier ən yüksək - "A" qiyməti alıb. Southwest Airlines "C" dərəcəsi ilə orta səviyyədə qərarlaşıb. American Airlines, JetBlue və Spirit isə "D" risk qrupuna daxil edilib. Regional daşıyıcılar arasında Mesa Airlines "F", Republic Airways isə "D" ilə ən zəif nəticə göstərib.

Laboratoriya analizləri içməli suda qətiyyən olmamalı mikroorqanizmlərin mövcudluğunu da üzə çıxarıb. Nümunələrin 2,7 faizində koliform bakteriyaları, 21 aviaşirkət üzrə ümumilikdə 32 halda isə bağırsaq çubuğu aşkar edilib ki, bu da ciddi nəcislə çirklənməyə işarə edir.


Qeyd edək ki, ABŞ-da hələ 2011-ci ildə Təyyarədə İçməli Su Qaydaları qəbul edilib və aviaşirkətlərdən çənləri ildə dörd dəfə təmizləmək tələb olunur. Lakin hesabat müəllifləri EPA-nın bu qaydalara əməl olunmasına görə nadir hallarda real cərimələr tətbiq etdiyini vurğulayırlar.

Aviaşirkətlər isə təhlükəsizliyin prioritet olduğunu bildirirlər. American Airlines daxili yoxlamalarda ciddi pozuntu aşkarlanmadığını, JetBlue artıq butulkada suya keçdiyini, Spirit isə təmizlik sistemlərini daim yenilədiklərini açıqlayıb.

Buna baxmayaraq, alimlər sərnişinlərə risk etməməyi məsləhət görürlər. Onların sözlərinə görə, təyyarədə çay və qəhvə üçün istifadə olunan su eyni çənlərdən götürülür və çox vaxt bakteriyaları tam məhv edəcək temperaturda qızdırılmır.


Hüseyn