Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Son xəbərlər » "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"

Son xəbərlər / Maqazin

"Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"


Müğənni Roza Zərgərli son görünüşü ilə diqqət çəkib.

Citynews.Az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan estrada ulduzu 13 kiloqram çəki itirdiyini açıqlayaraq, bu nəticəyə sağlam və əməliyyatsız şəkildə nail olduğunu bildirib.

Məşhurluğu ölkə hüdudlarını aşan sənətçi arıqlama prosesi ilə bağlı açıqlamasında hər hansı cərrahi müdaxilə və ya idman proqramına müraciət etmədiyini vurğulayıb. Onun sözlərinə görə, əsas nəticə düzgün qidalanma və nizamlı pəhriz hesabına əldə olunub.

Roza Zərgərli qeyd edib ki, gün ərzində az-az, lakin tez-tez qidalanır:

"Heç bir əməliyyat etdirməmişəm, idman da etmirəm. Sadəcə düzgün pəhriz və qidalanma ilə bu nəticəni əldə etdim. Gün ərzində 5 dəfə, az miqdarda və təxminən iki saatdan bir yemək yeyirəm. Çox işləməyim də təsir göstərir".

Müğənni əlavə edib ki, bir vaxtlar gecə yemək vərdişinə alışdığı üçün sürətlə kökəlmişdi:

"Gecələr yeməyə başlamışdım və bu, çəki artımına səbəb olmuşdu. İndi isə axşam saat 7-yə qədər qidalanıram. Hələ 2-3 kilo kökəlmişəm, amma proses davam edir".

Sənətçi bildirib ki, sağlam arıqlama yolunu seçməsi onun həm fiziki, həm də psixoloji durumuna müsbət təsir göstərib.


Musa