Prezident nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib
...
Əsas / Son xəbərlər / İdman
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi "Şəki" PFK ilə vidalaşıb.
Bu barədə Citynews.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Qeyd edək ki, Cavid İmamverdiyev 2025-ci ildən Şəki komandasında çıxış edib.
