Valyuta məzənnəsi:
17:33 "Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO  |     17:07 "Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI  |     16:55 "Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""  |     16:35 Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO  |     16:11 Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:10 "İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"  |     15:23 İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb  |     14:50 İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO  |     13:50 Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO  |     12:23 Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO  |     12:05 Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO  |     11:30 Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO  |     11:13 "Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"  |     11:05 Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar  |     10:11 Eldarla Ranardan "ORİENTAL ŞOU" - VİDEO  |     10:04 Azərbaycan millisi Malta ilə qarşılaşacaq  |     10:00 Müller boşandı - FOTO  |     09:23 "Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"  |     17:23 "Mən liderəm, prezident olmağa gəlmirəm”  |     17:13 Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO  |    
CityNews.az » Əsas » Qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərin nəzərinə

Əsas / Son xəbərlər / Ölkə / Cəmiyyət

Qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərin nəzərinə


“Hazırda ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur”.

Citynews xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır.

“Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.

Bir daha bütün yol hərəkəti iştirakçılarını  diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir”, - məlumatda deyilir.