Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » Zabit Səmədov: “Uduzsam, mütləq revanş olacaq”

Əsas / İdman

Zabit Səmədov: “Uduzsam, mütləq revanş olacaq”


Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov vida döyüşünə hazırlaşır.

CityNews.Az xəbər verir ki, karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov görüş öncəsi çəkiölçmə mərasimində iştirak edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran tanınmış idmançı bildirib ki, rəqibim məşhur döyüşçüdür. Mən də son görüşümü belə bir rəqiblə keçirmək istəyirdim.

O, Antonio Silva haqqında bunları deyib:

"Rəqibim tanınmış döyüşçü olsa belə, hazırda o qədər də güclü idmançı deyil. Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Alınmadığına görə Silvanı gətir'ə bildik. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm. Antonio Silvanı 2011-ci ildə Fyodor Yemelyanenkonu məğlub etdikdən sonra bura dəvət etmək istədim. Ancaq alınmadı. Qismət bu günə imiş. 

Z.Səmədov bildirib ki, ola bilsin, bu sonuncu döyüşü deyil, çünki Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq niyyətindəyəm”.

Aktyor kimi də fəaliyyətə başlayan 38 yaşlı döyüşçü karyerasını bitirdikdən sonra film sektorunda karyerasını davam etdirəcəyini dilə gətirib:

“Vətən” adlı filmi çəkiləcək. Möhtəşəm layihədə mənim də rolum olacaq”.

Z.Səmədov bildirib ki, kikboksçu Alim Nəbiyevi bu turnirin dəvətliləri sırasındadır:

“Mən Belarusda, Alim isə Ukraynada yaşayıb. Doğma vətəndə – onun da turnirdə çıxış etməsini istədim. Mənim sahib olduğum klubda məşqlər keçirdi və dəvətimi qəbul edib, turnirə qatılmağa razılıq verdi. O, "Glory" turnirində çıxış edir. Öz sahəsində tanınmış idmançıdır. Onun burada çıxış etməsi böyük üstünlükdür”.

Bildirək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında baş tutacaq. Döyüşlərin hər biri 3 dəqiqədən ibarət olmaqla, 3 raund üzrə keçiriləcəkdir. “Mauqli” ləqəbli döyüşçümüz qalib gələcəyi təqdirdə, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq.

Döyüş gecəsinin iştirakçı cütləri isə bunlardır:

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)


Keçirilən görüşləri CBC TV-də, Bakı vaxtı ilə saat 21:00-dan etibarən canlı izləyə bilərsiniz.