Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » Tanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI

Əsas / Son xəbərlər / Maqazin

Tanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI


Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Citynews.Az xəbər verir ki, xanəndə "Rəngarəng" verilişində son dövrlər yaşadığı sağlamlıq problemlərindən danışıb. O, bildirib ki, son vaxtlar yayılan viruslardan birinə yoluxub və immunitetinin zəif olması səbəbindən 20-25 gün müalicə alıb.

İlkin Əhmədov qeyd edib ki, səhhətində yaranan narahatlıqlar onu efirlərdən bir qədər uzaq durmağa vadar edib:

"Qərar vermişəm ki, artıq efirə tez-tez çıxmayım. Sağlamlığımda problemlər yarandı. Çoxlarının yoluxduğu virusa mən də tutuldum. İmmunitetim zəif olduğu üçün uzun müddət mübarizə apardım".

Xanəndə əlavə edib ki, ürəyində də müəyyən problemlər yaranıb:


"Məndə həyəcan çox olurdu, ürək döyüntülərim stabil deyildi. Bu, insana narahatlıq verə bilərdi, az da olsa panik atak yaşayırdım. Əvvəl qorxdum, çünki indiyədək ürəyimlə bağlı şikayətim olmayıb və həkimə müraciət etməmişdim".

Müayinədən sonra vəziyyətin ciddi olmadığını deyən İlkin Əhmədov həkimlərin rəyini də bölüşüb:

"Dedilər ki, qorxulu heç nə yoxdur. Sadəcə döyüntünün stabilliyi pozulub. Bu da yuxusuzluq, rejimsizlik və hadisələrə tez reaksiya verməklə bağlıdır. Tövsiyə etdilər ki, sakit olum və sənətimlə məşğul olum".


Musa