Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb

Əsas / Son xəbərlər / Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb


Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Citynews.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada "Azərbaycan" məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

Əminəm ki, "Bir millət iki dövlət" fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.

Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".