Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar

Əsas / Son xəbərlər / Dünya / Kriminal

Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar


ABŞ-də yetkinlik yaşına çatmayan qızları istismar edən fahişəlik şəbəkəsini idarə etməkdə ittiham olunaraq mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı istintaq sənədləri yeni və sarsıdıcı detalları üzə çıxarıb.

Citynews.Az xarici mediaya istinadən xəbər verir ki, sənədlərdə qətl, klonlaşdırmaya bənzər gen mühəndisliyi təcrübələri və gizli dəfn iddiaları yer alır. İddialara görə, Epşteynin göstərişi ilə öldürülən qadınlar ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Zorro rançosunun yaxınlığında torpağa tapşırılıb.

Qadınların boğularaq öldürüldüyü iddia olunur

Araşdırma materiallarında Eddi d'Aragon adlı şəxsə göndərilmiş "Məxfi: Ceffri Epşteyn" başlıqlı elektron məktub yer alıb. Həmin məktubda iki əcnəbi qadının Epşteynin əmri ilə boğularaq öldürüldüyü və Zorro rançosunun yaxınlığında dəfn edildiyi iddia edilir.

Məktubun rançoda çalışan bir şəxs tərəfindən göndərildiyi bildirilir. İddialara əsasən, qadınlar cinsi əlaqə zamanı boğularaq qətlə yetirilib və bu proses Epşteynin, eləcə də onun keçmiş sevgilisi və əlbiri olan, hazırda məhkum edilmiş Qisleyn Maksvelin göstərişi ilə həyata keçirilib.

Yetkinlik yaşına çatmayanlarla bağlı şübhəli yazışmalar

Sənədlərdə Epşteynin azyaşlılara qarşı cinsi istismarı, bir qadının intihara cəhd etdiyini etiraf etməsi və "Metyu Mellon videosu" adlandırılan materiallara keçidlər də yer alıb.

Bundan başqa, Epşteynin keçmiş sevgilisi Eva Andersson-Dubinin 2010-cu ilin avqustunda göndərdiyi e-poçt diqqət çəkir. Məktubda "Gələn həftə ziyarətə gəlin. Qızım Selinanın beş dostu gələcək" ifadəsi yer alıb.

Gen mühəndisliyi və klonlaşdırma iddiaları

İstintaq sənədlərində Brayan Bişopun Epşteynə göndərdiyi elektron məktublar da yer alır. Bişop yazışmalarda genetik modifikasiya, embrion redaktəsi və klonlaşdırmaya bənzər metodlar üzərində aparılan təcrübələrdən bəhs edir.


Onun sözlərinə görə, tətbiq olunan texnika hüceyrələrin yalnız kiçik bir hissəsində dəyişiklik yaradır və bu da "mozaik effekt"ə səbəb olur. Bişop həmçinin yeni embrion modifikasiya üsulu üzərində çalışdıqlarını və bu metodun bioloji atadan iynə tələb etmədiyini qeyd edib.

Məktublarda Ukraynadakı laboratoriyada aparılan siçan üzərində testlərə və təxminən 5 faiz səmərəliliyə nail olunduğuna da toxunulur.

Epşteynin cavab məktublarından birində isə belə yazdığı qeyd olunur:
"İnvestisiya etmək problem deyil. Problem lider kimi görünməyimdir".

"Onu öldürməyə icazə verirəm" yazışması

İctimaiyyətə açıqlanan sənədlərdə ən diqqətçəkən məqamlardan biri də 2014-cü il iyunun 30-da Epşteynə göndərilmiş başqa bir e-poçtdur. Adı açıqlanmayan göndərən məktubda "Sənə onu öldürməyə icazə verirəm" ifadəsini işlədir.

Epşteynin "Xeyr" cavabına qarşılıq olaraq həmin şəxs belə yazır:
"Heç kim yalan danışıb cəzasız qala bilməz. Heç kim".

Sosial şəbəkələrdə bu e-poçtun Susan Hamblin tərəfindən göndərildiyi iddia edilsə də, məlumat rəsmi şəkildə təsdiqlənməyib.