Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Əsas / Son xəbərlər / Siyasət

Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.


Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.


Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.


Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.


Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olundu, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.