Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu

Əsas / Son xəbərlər / Maraqlı

Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu


ABŞ-nin Florida ştatında süni mayalanma yolu ilə valideyn olan bir cütlük gözlənilməz hadisə ilə üzləşib.

Citynews.Az xarici KİV-ə istinadla xəbər verir ki, valideynlərin hər ikisi ağdərili olmasına baxmayaraq, dünyaya gələn körpənin fərqli etnik xüsusiyyətlərə malik olması ailədə ciddi şübhələr yaradıb. Aparılan DNT analizləri isə uşağın cütlüyün bioloji övladı olmadığını üzə çıxarıb.

Araşdırmalar zamanı məlum olub ki, süni mayalanma prosesi zamanı başqa bir pasiyentə aid embrion səhvən bu ailəyə köçürülüb. Valideynlər baş verənləri həyatlarında dərin iz buraxan böyük bir travma kimi qiymətləndiriblər.

Məhkəməyə təqdim edilən iddia ərizəsində cütlük yaşadıqları ağır emosional və psixoloji zərəri vurğulayıb, süni mayalanma mərkəzini isə kobud səhlənkarlıqda ittiham edib.


Hadisə süni mayalanma mərkəzlərində nəzarət mexanizmləri və təhlükəsizlik prosedurlarının yetərli olub-olmaması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, sözügedən iddia ilə bağlı məhkəmə prosesi hazırda davam edir və hələlik yekun qərar verilməyib.


Hüseyn