Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Son xəbərlər » "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

Son xəbərlər / Maqazin

"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"


Aşıq Namiq canlı efirdə müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Citynews.Az xəbər verir ki, sənətçi Tacir Şahmalıoğlunun onun sənəti ilə bağlı səsləndirdiyi tənqidlərə emosional şəkildə reaksiya verib. Aşıq Namiq bildirib ki, bəzi ifaçıların yaşı irəlilədikcə davranışları da dəyişir və artıq nə danışdıqlarının fərqində olmurlar:

"Bəzilərinin yaşı 60-a çatıb, ağılları yüngülləşib, bilmirlər nə danışırlar. Bir dənə 'Bayatı-Şiraz' oxumusan, nə xidmətin olub? İndi sən oxumursan, xırıltı ilə səslər çıxarırsan".

Aşıq Namiq vurğulayıb ki, onun şəxsi kimliyinə və sənətinə toxunulmasını heç vaxt qəbul etməyəcək:

"Kimliyindən asılı olmayaraq, mənim şəxsiyyətimə toxunsa, cavabını alacaq. Elə söz deyərəm ki, deyəni yerində qoyar. 'Oxuya bilmirəm' deyəndə yola verirəm, amma sənətimi təhqir etməyə heç kimin haqqı yoxdur".

Sənətçi özünü ustad şagirdi adlandıraraq cavabının təkcə Tacir Şahmalıoğluna deyil, ümumilikdə sənətə hörmətsizlik edənlərə yönəldiyini deyib:

"Mən ustad ocağından çıxmışam. Cavabımdan sonra bir çox müğənnilər zəng edib dedi ki, düz deyirsən, boğaza yığılmışıq. Hər 'mən-mən' deyən sənətkar deyil. Zeynəb Xanlarova, Yaqub əmi, Cabbar, Səxavət, hələ yeni nəsil xanəndələri demirəm, onlar kimdir?"

Aşıq Namiq əlavə edib ki, sənətdə hörmət və çəkini qorumaq vacibdir:

"Yaxşı saz ifaçısını görəndə sənətini qəbul edirəm. Amma sambalını saxla ki, desinlər filankəs gəlir. Beşgünlük dünyada qəlbə dəyməyə dəyməz".

Sənətçi sosial şəbəkələrdə yayılan görüntülərə də toxunaraq bildirib ki, onun çıxışı Tacir Şahmalıoğlunun açıqlamasından daha çox maraq doğurub:

"Onun danışığına 20 min baxış olub, mənim çıxışıma isə 80-90 min baxış, 2 minə yaxın rəy yazılıb və əksəriyyəti mənim tərəfimdədir. Mən xalqın qarşısında baş əyirəm".

Aşıq Namiqin bu çıxışı efirdə və sosial şəbəkələrdə geniş rezonans doğurub, sənət cameəsində ciddi müzakirələrə səbəb olub.


Musa