Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Arda Turan karyerasını bitirdi

Əsas / İdman

Arda Turan karyerasını bitirdi


Türkiyə futbolçu Arda Turan karyerasını başa vurub.

CityNews xəbər verir ki, bu barədə onun həyat yoldaşı Aslıhan Doğan yutub hesabında paylaşım edib.

Doğanın paylaşdığı videoda Arda öz həyat yolu, karyerası haqqında məlumat verib və futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Turan futbolçu karyerasına “Qalatasaray”da başlayıb. O, 2005-2011-ci illərdə çıxış etdiyi bu klubun heyətində 130 oyunda meydanda olub və 29 dəfə rəqib qapılarına yol tapıb. 2011-ci ildə isə o, Madrid “Atletiko”suna transfer olunur. Burada 5 il ərzində 128 dəfə oyuna çıxır və 14 dəfə rəqib qapıçıları məyus edir. 2015-ci ildə “Barselona”ya keçən Arda 36 dəfə İspan nəhənginin formasını geyinir, 5 dəfə qol vurmağı bacarır. 2018-ci ildə isə o, icarə əsasında “Başakşəhər” klubuna keçid edir. Burada 37 oyunda 2 qolla yadda qalır. 2020-ci ildə isə yetişdiyi “Qalatasaray”a geri dönür. Burada 2 il oynadıqdan sonra isə karyerasını başa vurub. 

Arda Turan 100 dəfə Türkiyə milli komandasının forması ilə meydana çıxıb. O, bu matçlarda 17 qolun müəllifi olub. /Qafqazinfo/