Valyuta məzənnəsi:
22:50 Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub  |     17:45 Hərbçilərimiz Füzuli istiqamətində təxribatın qarşısını aldılar  |     17:45 Sabahın hava proqnozu açıqlanıb  |     17:22 Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib  |     14:08 AVRO-2024: Fransa Niderlandı, Belçika İsveçi darmadağın edib - VİDEO  |     12:55 Suyu çəkilmiş Xəzər və quruya çıxmış balıqçı evləri - FOTOREPORTAJ  |     10:15 AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub  |     09:50 ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib  |     17:23 Qısametrajlı xəyanət filmi: Baş rolda sülhməramlılar - VİDEO  |     15:33 “Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO  |     15:05 Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların - Adları  |     14:22 Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”  |     11:46 Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi - Foto  |     11:24 London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı - Fotolar  |     11:08 AVRO-2024: Seçmə mərhələyə start verildi  |     10:35 Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib  |     10:10 Azərbaycan nefti bahalaşdı  |     18:35 Bekhemin klubundan Messiyə qeyri-adi təklif  |     18:15 Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”  |     13:04 Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM  |    
CityNews.az » Əsas » Məşhur avtomobil brendi ağıllı saat təqdim etdi

Əsas / Texnologiya

Məşhur avtomobil brendi ağıllı saat təqdim etdi


“Porsche” İsveçrənin premium saat istehsalçısı “TAG Heuer” ilə birləşərək nəinki avtomobilə bənzəyən, həm də avtomobillə sinxronlaşa bilən ağıllı saat təqdim edib.

“Connected Caliber E4” adlanan saat 45 mm-lik qara keramik bezel və qara titan qarışığından ibarət korpus alıb.

Mavi aksentlər saatın özəlliyinə çevrilib. “Porsche” şirkətinin məlumatına görə, mavi elementlər saatın həsr olunduğu “Taycan” elektromobilinə işarədir.

Saat “Google”un “Wear” əməliyyat sistemi ilə işləyir və nəinki smartfonla sinxronlaşdırıla, həm də istifadəçinin fiziki fəaliyyətini izləmək imkanı olan fitnes qolbağı rolunu oynaya bilir.

Saat “Porsche”dən əlavə funksiyalara malikdir. Cihaz avtomobillərin fərdi xüsusiyyətlərini idarə etmək üçün “Taycan”, “Panamera”, “Cayenne”, “Macan”, 911 və 718 modellərinin multimedia sistemi ilə sinxronlaşdırıla bilər.

Saatın qiyməti 2750 dollar təşkil edir ki, bu da iki premium brendin aksessuarı standartlarına görə nisbətən münasibdir.

Mənbə: motor.ru