Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu - VİDEO

Əsas / Son xəbərlər / Maqazin

Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu - VİDEO


Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə "Günə Uğurla" verilişində qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Citynews.Az xəbər verir ki, canlı efirdə çıxış edən Mətin Rzazadə həmkarı Meydan Əsgərovun ifasını sərt tənqid edib. O, bildirib ki, atasının repertuarından səsləndirilən mahnılardan biri düzgün ifa olunmayıb:

"O mahnını yaxşı oxumayıb, 'YouTube'dan sildirəcəyəm".

Bununla kifayətlənməyən sənətkarın oğlu efirə atasının mahnılarını onun fikrincə uğursuz ifa edən müğənnilərin adlarının yer aldığı siyahı ilə çıxıb. O, həmin siyahını canlı yayımda cıraraq parçalayıb. Studiyada gərginlik yaşanıb və müzakirələr alovlanıb.

Mətin Rzazadə qeyd edib ki, atasının sənət irsinə hörmətlə yanaşılmalıdır və hər ifaçı bu mahnıları səsləndirməməlidir. O, bir çox sənətçiyə Yalçın Rzazadənin mahnılarını ifa etməyə qadağa qoyduğunu da açıqlayıb.


Bu addım sosial şəbəkələrdə və sənət cameəsində birmənalı qarşılanmayıb. Bəzi izləyicilər Mətin Rzazadənin atasının irsini qorumaq istədiyini desə də, digərləri mahnıların ifa edilə biləcəyini vurğulayıblar.

Qeyd edək ki, Yalçın Rzazadə Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş sənətkarlardandır və onun repertuarı bu gün də bir çox ifaçılar tərəfindən səsləndirilir. Qalmaqal ətrafında müzakirələr davam edir.


Musa