Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Son xəbərlər » “Aztürk Holdinq”in prezidenti Türkiyə–Azərbaycan işgüzar görüşündə "NeoOrdo" layihəsindən danışıb

Son xəbərlər / İqtisadiyyat

“Aztürk Holdinq”in prezidenti Türkiyə–Azərbaycan işgüzar görüşündə "NeoOrdo" layihəsindən danışıb



Aztürk Holdinq”in prezidenti Güləli Bağırov fevralın 24-də "Flame Towers"də baş tutan tədbirdə iştirak edib.

CityNews.Az xəbər verir ki, holdinq prezidenti bir sıra yerli və xarici şirkətlərin nümayəndələri ilə B2B formatında görüşlər keçirib.

Tədbirin əsas məqsədi iki qardaş ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının dəyərləndirilməsi və uzunmüddətli biznes tərəfdaşlıqlarının qurulması olub. Görüşlər çərçivəsində sənaye, logistika, tikinti, xidmət və digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüş zamanı Güləli Bağırov “Aztürk Holdinq”in fəaliyyət istiqamətləri, region ölkələrində həyata keçirilən layihələri və gələcək inkişaf strategiyası barədə ətraflı məlumat verib. O bildirib ki, holdinq üçün əsas prioritetlər ixracyönümlü istehsalın artırılması və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsidir.

“NeoOrdo” layihəsi təqdim olunub

Tədbirdə diqqət çəkən məqamlardan biri də “NeoOrdo” layihəsinin təqdimatı olub. Qeyd edilib ki, layihə müasir idarəetmə modeli, rəqəmsal transformasiya və innovativ biznes yanaşmalarını özündə birləşdirən yeni platformadır.

Bildirilib ki, layihə çərçivəsində sənaye, logistika və xidmət sahələrində inteqrasiya olunmuş həllərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda yerli və xarici investorlar üçün daha çevik və şəffaf əməkdaşlıq mühitinin formalaşdırılması, startap təşəbbüslərinin dəstəklənməsi və innovativ ideyaların reallaşdırılması əsas hədəflər sırasındadır.

“Aztürk Holdinq” rəhbərliyi bu cür platformaların yeni tərəfdaşlıqların qurulması və regionda dayanıqlı biznes əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Qeyd edək ki, tədbir Türkiyə İxracatçılar Məclisi, AZPROMO və KOBİA-nın təşkilatçılığı ilə təşkil olunub.