Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » Dünya liderlerinin öncəki PEŞƏLƏRİ: Roma papası gecə klubunda işləyib, Meloni ofisiant...

Əsas / Son xəbərlər / Siyasət / Dünya / Maraqlı

Dünya liderlerinin öncəki PEŞƏLƏRİ: Roma papası gecə klubunda işləyib, Meloni ofisiant...


Son günlər sosial şəbəkələrdə dünya liderlərinin siyasətə gəlməzdən əvvəl hansı peşələrlə məşğul olduqları barədə paylaşımlar geniş marağa səbəb olub.

Citynews.Az xəbər verir ki, xüsusilə də adları siyahıda yer alan məşhur siyasətçilərin əvvəlki fəaliyyətləri izləyicilər arasında müzakirə yaradıb.

Donald Trump - biznes imperiyasından Ağ Evə

ABŞ-nin prezidenti Donald Tramp siyasətə gəlməzdən əvvəl daşınmaz əmlak maqnatı və iş adamı kimi tanınıb. O, "The Trump Organization" şirkətini idarə edib, tikinti və hotelçilik sahəsində böyük layihələrə imza atıb. Eyni zamanda televiziya layihələrində iştirak edib və prodüserlik fəaliyyəti ilə də gündəmə gəlib. Onun biznes keçmişi hələ də tez-tez müzakirə olunur.

Vladimir Putin - kəşfiyyatdan Kremlə

Rusiya prezidenti Vladimir Putinin keçmişi də maraq doğuran məqamlardandır. O, uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) çalışıb və kəşfiyyatçı kimi fəaliyyət göstərib. Hüquq təhsili alan Putin daha sonra təhlükəsizlik strukturlarında və dövlət idarəçiliyində müxtəlif vəzifələr tutaraq ölkə rəhbərliyinə qədər yüksəlib.

Recep Tayyip Erdoğan - futboldan siyasətə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da gənclik illərində fərqli sahədə fəaliyyəti olub. O, peşəkar səviyyədə olmasa da, uzun müddət futbol oynayıb və idmana böyük maraq göstərib. Daha sonra siyasətə qoşularaq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, ardınca isə ölkə rəhbəri olub.

Dünya liderlərinin əvvəlki peşələri ilə bağlı məlumatlar sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər onların keçmiş fəaliyyətlərinin indiki siyasi qərarlarına təsir edib-etmədiyi barədə müxtəlif fikirlər səsləndiriblər.

Bu faktlar bir daha göstərir ki, siyasətə gedən yol hər zaman eyni olmur və bir çox liderlər tamam fərqli sahələrdən dövlət idarəçiliyinə gəliblər.

Citynews.Az dövlət başçılarının əvvəlki peşəsini təqdim edir:

Ukrayna Prezidenti Volodimir Zelenski - Aktyor

Kanada Baş naziri Castin Trüdo - Mühafizəçi

Hindistan Baş naziri Narendra Modi - Çayçı

İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni - Müğənni

Albaniya Baş naziri Edi Rama - Rəssam

Pakistanın keçmiş baş naziri İmran Xan - Kriketçi

Vatikan dövlətinin başçısı, Papa Frensisk - Gecə klubu mühafizəçisi

Fransa Prezidenti Emmanuel Makron - Maliyyə məmuru

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson - Jurnalist

Almaniyanın keçmiş kansleri Angela Merkel - Fizik

İtaliya Baş naziri Corciya Meloni - Ofisaint, Jurnalist

ABŞ-nin keçmiş prezidenti Barak Obama - Dondurma satıcısı

Ətraflı videoda:


Hüseyn