Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Son xəbərlər » "Ondan başqa kişini ölənədək SEVMƏRƏM"

Son xəbərlər / Maqazin

"Ondan başqa kişini ölənədək SEVMƏRƏM"


Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Citynews.Az xəbər verir ki, sənətçi şəxsi həyatı və sevgi anlayışı ilə bağlı olduqca emosional açıqlamalar verib.

O, bildirib ki, bütün sevgisini bir insanda - atasında cəmləyib və bu səbəbdən başqa bir kişiyə qarşı sevgi hissi yaşaya bilmədiyini deyib:

"Bütün sevgimi bir şəxsdə - atamda cəmlədiyimə görə başqa sevgilərə baxa bilmirəm. Qapımı bağlamışam. Atamdan başqa kişini ölənədək sevmərəm".

Rahidə əlavə edib ki, həyatı dərk etdiyi andan etibarən ən çox sevdiyi insan atası olub və bu hissin dəyişəcəyinə inanmır:

"36 yaşıma qədər belə olubsa, dəyişməyəcək. Son nəfəsimə qədər yanımda olması nəsib olsun".


İfaçı atasının sevgisini hər şeydən üstün tutduğunu vurğulayıb və başqa bir sevgiyə ehtiyac duymadığını bildirib. O, atasından sevgi görməyən qızların başqa münasibətlərdə sevgi axtardığını qeyd edərək, sevgi anlayışının fərqli olduğunu deyib:

"Sevgi dilənmək ayrı şeydir. Atasından sevgi görməyən qızlar başqasından sevgi dilənir. Ona görə dilənçiyə də qəpik-quruş verilir. Mənim sevgi anlayışım budur. Atamın sevgisinə mənim sevgim çatmaz. Biz 5 uşağıq, atam üçün 5 barmağıq, amma atam bizim üçün bütövlükdə bədəndir".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onun atasına bağlılığını təqdir etsə də, digərləri həyatın dəyişkən olduğunu və fikirlərin dəyişə biləcəyini vurğulayıblar.


Musa