Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » Ulduz futbolçu İran ordusuna qoşulacaq

Əsas / Son xəbərlər / İdman

Ulduz futbolçu İran ordusuna qoşulacaq


Yunanıstanın "Olimpiakos" klubunda çıxış edən və İran milli futbol komandasının aparıcı simalarından sayılan Mehdi Taremi ölkəsində baş verən hadisələr fonunda diqqətçəkən addım atıb.

Citynews.Az xəbər verir ki, ABŞ və İsrailin İrana endirdiyi hücumlardan sonra 33 yaşlı hücumçu klub rəhbərliyinə vətənə dönmək niyyətində olduğunu bildirib. O, hərbi rəhbərlik və ordu ilə bir sırada dayanmaq, lazım gələrsə silaha sarılaraq ölkəsini müdafiə etmək istədiyini vurğulayıb.

Taremi qərarının qəti olduğunu gizlətməyib:

"Bu, vətənimin mənə ən çox ehtiyac duyduğu məqamdır. Xalqım təhlükə altındadır və mən onların yanında olmalıyam".

Məlumatda qeyd olunur ki, İran Futbol Federasiyası təcrübəli futbolçunu Yunanıstanda qalmağa və peşəkar karyerasını davam etdirməyə razı salmağa çalışır. Lakin hücumçu hələlik mövqeyini dəyişməyib.

Xatırladaq ki, Taremi daha əvvəl "İnter" və "Porto" kimi Avropanın tanınmış klublarında forma geyinib, vurduğu qollar və sabit oyunu ilə beynəlxalq arenada ad qazanıb. Hazırda isə "Olimpiakos"un heyətində Yunanıstan Super Liqasında məhsuldar çıxışı ilə seçilir.


Hüseyn