Valyuta məzənnəsi:
16:55 Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO  |     16:15 Türk aktyoru gördü: “Ürəyim dayandı, ərimdən boşanmaq istəyirəm” - VİDEO  |     15:23 "Atamın aparıcılardan qısasını almağa gəlmişəm" - Əməkdar artistin OĞLU  |     14:53 Maşınlarını 38 milyona SATIRLAR - FOTO  |     13:45 Uzun aradan sonra efirə çıxan Gülay AĞLADI - VİDEO  |     12:15 Bakıda kuryerin paylaşımı müzakirə yaratdı: 1 ayrana 6, şokolada 92 manat ÖDƏDİLƏR - VİDEO  |     11:35 “Evlənməkdən qorxururam, ölərəm övladım YETİM QALAR"  |     11:33 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başladı - FOTO  |     10:20 "Kuruluş Orhan"dan AYRILIR - FOTO  |     14:15 "Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"  |     12:53 Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:45 “Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”  |     11:15 Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO  |     10:50 Fatih Terim Arda Turanla bir arada - FOTO  |     10:10 "Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!  |     17:35 Xatun efirdə AĞLADI - VİDEO  |     17:23 Rafael Ağayev görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     17:13 "O vaxt mənə "Canım, hər şeyim", boşanandan sonra "Üzünü şeytan görsün, DEYİR"  |     16:45 Azərbaycanlı aparıcı bir şəklini 1500 dollara SATIR  |    
CityNews.az » Əsas » Gecəsi 20 min dollarlıq ev, cakuzi, qadınlar... - Klintonun yeni FOTOları

Əsas / Son xəbərlər / Dünya / Maraqlı

Gecəsi 20 min dollarlıq ev, cakuzi, qadınlar... - Klintonun yeni FOTOları


ABŞ-nin keçmiş prezidenti Bill Klintonun naməlum qadınla birlikdə cakuzidə çəkilmiş fotosu illər sonra yenidən müzakirə mövzusuna çevrilib. Kadrın 2002-ci ildə Klintonun Jeffrey Epstein və onun yaxın çevrəsi, o cümlədən Chisleyn Maksxvell ilə Asiya səfəri zamanı lentə alındığı bildirilir.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, "The Post" nəşri fotonun ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət komitəsində keçirilən dinləmələrdə suallar doğurduğunu yazıb. Klinton yayılan görüntülərlə bağlı açıqlamasında hər hansı qanunsuz hərəkət etmədiyini vurğulayıb və fotoda üzü gizlədilən qadınla münasibətdə olmadığını bildirib.

Məlumata əsasən, şəkil Bruneydə yerləşən dəbdəbəli Empire Suite nömrəsində çəkilib. Gecəlik qiyməti 20 min dollar olan bu lüks məkan şəxsi lift, hovuz, cakuzi, sauna, buxar otağı və hətta şəxsi kinoteatr kimi imkanlarla təchiz olunub.

Səfər çərçivəsində Klinton, baş müşaviri Duq Bend və digər şəxslərlə birlikdə Epşteynə məxsus "Lolita Express" kimi tanınan şəxsi təyyarə ilə Bruneyə yollanıb. Qrup əvvəlcə Honkonqda, daha sonra Çinin Şençjen şəhərində dayanıb, sonda isə Bruneyin paytaxtı Bandar-Seri-Beqavana çatıb.


Yayılan digər görüntülərdə Klintonun Maksvell və naməlum qadınla birlikdə suitin hovuz hissəsində vaxt keçirdiyi, böyük ekranda isə qolf oyununun nümayiş olunduğu qeyd olunur. Epşteyn və ətrafındakı şəxslərin də rahat atmosferdə çəkilmiş fotoları mövcuddur.

Keçmiş prezident yayılan iddiaları rədd edərək, fotodakı qadının kimliyindən xəbərsiz olduğunu və hər hansı qanun pozuntusunda iştirak etmədiyini bir daha bəyan edib. Hadisə ilə bağlı müzakirələr isə davam edir.


Hüseyn