Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Son xəbərlər » "Xanımımı valideynlərim və qohumlarım QƏBUL ETMİRDİ"

Son xəbərlər / Maqazin

"Xanımımı valideynlərim və qohumlarım QƏBUL ETMİRDİ"


Müğənni Nurlan Əzizbəyli şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Citynews.Az xəbər verir ki, sənətçi erkən yaşda ailə qurduğunu və bu qərarın ətrafı tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Onun sözlərinə görə, 24 yaşında evlilik qərarı verib:

"Valideynlərim və qohumlarım həyat yoldaşımı əvvəlcə qəbul etmirdi. Bəlkə də gənc yaşda belə ciddi addım atdığım üçün tərəddüdlər var idi. Hazırda oğlumun 21 yaşı var".

Əzizbəyli sənət adamlarının ailə həyatının daha həssas olduğunu da vurğulayıb: "Səhnədə olan insan özünə elə bir həyat yoldaşı seçməlidir ki, onun xarakterinə və sənətinin yaratdığı nüanslara dözə bilsin".


Sənətçi etiraf edib ki, ailəsini dağıtmaq istəyənlər də olub. Lakin onların bir-birinə olan sevgisi bütün çətinliklərə qalib gəlib:

"Çox söz-söhbət oldu, ailəmizi dağıtmaq istədilər, amma sevgimiz hər şeydən üstün gəldi. Zaman keçdikcə hamı qəbullandı. Nəyisə istəmişəmsə, mütləq nail olmuşam. Bir işin arxasınca getmişəmsə, sona qədər mübarizə aparmışam".

Müğənninin bu səmimi sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən müzakirə olunub.


Musa