Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » 6-cı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı başa çatıb

Əsas / Mədəniyyət / Kino

6-cı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı başa çatıb


Beş festival günü ərzində 33 ölkədən 60-dan çox film təqdim olunub. Proqramda həmçinin sənədli film ustası Sergey Dvortsevoyun filmlərinin retrospektivi də yer alıb.


CityNews.az xəbər verir ki, sentyabrın 25-də Nizami Kino Mərkəzində bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub.

 

Bu il festivalın əsas mövzusu ReMC2VOLUTiON/OFF (Təkamülə Qarşı İnqilab) olub və təqdim olunan filmlərin əksəriyyəti müasir dünyada insan axtarışına və onun yolunu – inqilabi və ya təkamül seçiminə həsr olunub. Festivalın sponsorları Free Art Pro, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. FestivalıƏn Yaxşı Beynəlxalq Qısa film nominasiyası üzrə qalibi Marita Tevzadze və Ana Jeqnaradzenin (Gürcüstan) “Hey, Günəş filmidir. Ən yaxşı Yerli Qısametrajlı Filmə rejissor Mətləb Muxtarovun “12/35” filmi layiq görülüb. Rejissor Amil Amalın çəkdiyi “Vulkan Üstündə Ev” filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Rişi Çandnanın “Festival Posteri” (Hindistan) və Sarah Bahramcahanın (İran) Uşaqsız filmləri də xüsusi mükafatlara layiq görülüb.

 

İlkin Yusifin Mən Qəhrəman Axtarıram” (Azərbaycan) və Səid Taci Farukinin “Min alov” (Fransa) filmi No-Main müsabiqəsində Ən Yaxşı Tammetrajlı Sənədli Filmlərdir. No-Main müsabiqəsində Mileyn Quiard-Şmidin (Belçika) Paça Hekayələri” filmi Ən Yaxşı Qısametrajlı Sənədli Film elan edilib.   Münsiflər heyətinin xüsusi mükafatı Siril Kornunun (Fransa) “Mamodi, Sonuncu Baobab Qazıcısı” filminə layiq görülüb.

 

Ən Yaxşı Tammetrajlı Sənədli Film nominasiyasında qalib isə polşalı rejissor Pavel Lozinskinin “Balkon” filmi olub. Festivalın münsiflər heyətinin xüsusi mükafatı Helmut Dosantosun “Meksika Tanrıları” və Nikolas van Hemelrik və Kler Vayskopfun “Alis” filmlərinə verilib.

 

Qeyd edək ki, qaliblərin elan edilməsi ilə yanaşı, kinematoqrafiyada xüsusi xidmətlərinə görə Azərbaycan və beynəlxalq kino sənəti ustalarına xüsusi iCyborg mükafatları da təqdim edilib. Onların arasında Sergey Dvortsevoy, Pavel Lozinski, Reza Deqati və Ceyhun Mirzəyev də var. Səhnə adı ilə daha çox “ƏləkbəƏmi kimi tanınan Ələkbər Hüseynov da uşaqlar üçün teatr sənətinin inkişafındakı xidmətlərinə görə “iHuman” mükafatına layiq görülüb.

 

2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır. Festival həmçinin yeni adlar tapmaq və yerli sənədli film istehsalçılarına dəstək olmaq niyyəti ilə həyata keçirilir.

 

Veb sayt: www.dokubaku.az

Facebook: facebook.com/dokubaku

Instagram: @idffdokubaku