Valyuta məzənnəsi:
17:33 "Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO  |     17:07 "Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI  |     16:55 "Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""  |     16:35 Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO  |     16:11 Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:10 "İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"  |     15:23 İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb  |     14:50 İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO  |     13:50 Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO  |     12:23 Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO  |     12:05 Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO  |     11:30 Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO  |     11:13 "Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"  |     11:05 Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar  |     10:11 Eldarla Ranardan "ORİENTAL ŞOU" - VİDEO  |     10:04 Azərbaycan millisi Malta ilə qarşılaşacaq  |     10:00 Müller boşandı - FOTO  |     09:23 "Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"  |     17:23 "Mən liderəm, prezident olmağa gəlmirəm”  |     17:13 Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO  |    
CityNews.az » Əsas » İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

Əsas / Son xəbərlər / Siyasət

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O'Nili qəbul edib.

Citynews.Az xəbər verir ki, dövlətimizin başçısı Meq O'Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O'Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.

Bp şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.

Meq O'Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.

Dövlətimizin başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.