Valyuta məzənnəsi:
17:33 "Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO  |     17:07 "Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI  |     16:55 "Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""  |     16:35 Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO  |     16:11 Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:10 "İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"  |     15:23 İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb  |     14:50 İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO  |     13:50 Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO  |     12:23 Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO  |     12:05 Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO  |     11:30 Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO  |     11:13 "Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"  |     11:05 Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar  |     10:11 Eldarla Ranardan "ORİENTAL ŞOU" - VİDEO  |     10:04 Azərbaycan millisi Malta ilə qarşılaşacaq  |     10:00 Müller boşandı - FOTO  |     09:23 "Uşaqlarım 3 ay mənsiz qaldı, böyük "stress" yaşadılar"  |     17:23 "Mən liderəm, prezident olmağa gəlmirəm”  |     17:13 Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO  |    
CityNews.az » Əsas » "Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO

Əsas / Son xəbərlər / İdman

"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO


Lukas Torreyraya İstanbulun Beyoğlu rayonunda yumruqla hücuma məruz qalıb.

Citynews.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Camiikebir məhəlləsində yerləşən bir ticarət mərkəzinin qarşısında, kafedən çıxış zamanı baş verib.

Məlumata görə, "Qalatasaray"ın ulduzu Torreyra sevgilisi ilə birlikdə məkanın qarşısında olarkən, əvvəllər uzaqlaşdırma qərarı olduğu bildirilən Y.Y. adlı şəxs ilə qarşılaşıb. Tərəflər arasında qısa sözlü mübahisə yaranıb və daha sonra vəziyyət gərginləşib.

İddialara əsasən, Y.Y. futbolçuya yumruq zərbəsi endirib. Hadisədən sonra ətrafdakı şəxslər müdaxilə edib, şübhəli isə taksi ilə ərazidən uzaqlaşmağa çalışsa da, təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Polis araşdırması zamanı həmin şəxsin əvvəlki "qəsdən xəsarət yetirmə" cinayəti üzrə qeydinin olduğu, həmçinin barəsində uzaqlaşdırma qərarı mövcud olduğu müəyyən edilib.

Hadisə zamanı Lukas yüngül xəsarət alıb. Onun sol göz və qaş nahiyəsində qızartı olduğu bildirilib və futbolçu tibbi müayinədən keçirilib.

Zərərçəkən futbolçu ifadəsində hücumu gözlənilməz adlandıraraq, həmin şəxsi tanımadığını və ona qarşı heç bir fiziki hərəkət etmədiyini bildirib. O, baş ağrısından şikayətlənərək hüquqi şikayətçi olduğunu da qeyd edib.

İş üzrə saxlanılan şübhəli məhkəməyə göndərilib və araşdırma davam edir.


Hüseyn