Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |     17:46 “Kişinin görünüşü mənim kimi olmalıdır...” - Yaşar Yusub  |     17:32 MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ  |     17:30 Xavi Arda Gülərdən danışdı: “O, çox...”  |    
CityNews.az » Əsas » Xidmətdə olarkən “avtoşluq” edən məmur oğlu azadlığa buraxıldı - FOTO/VİDEO

Əsas / Cəmiyyət

Xidmətdə olarkən “avtoşluq” edən məmur oğlu azadlığa buraxıldı - FOTO/VİDEO


Hərbi xidmətdə olduğu vaxt xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu Əziz Məlikov növbəti dəfə ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, Ə.Məlikovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edib. Hakim vəsatəti təmin edib.

Bundan başqa, Əziz Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda “avtoşluq” etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində, hərbi hissədə olmalı imiş. M.Əzizovun xidmət vaxtı şəhərin mərkəzində “avtoşluq” etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Maraqlıdır ki, Ə.Məlikov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi Prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.

Əzizin atası Soltanpaşa Əzizov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.

VIDEO https://baku.tv/az/cemiyyet/60208/