Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » Ölkə "May ayında Bakıda bu qədər yağıntı görməmişdim"

Əsas / Son xəbərlər / Ölkə

Ölkə "May ayında Bakıda bu qədər yağıntı görməmişdim"


İqlim dəyişikliklərinə uyğunlaşma və postmünaqişə bərpa prosesləri müasir şəhərsalmanın ən vacib çağırışlarındandır.

Citynews.Az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən forumun ikinci günü çərçivəsində rəsmi açılış mətbuat konfransında deyib.

O bildirib ki, hazırda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası qiymətləndirilir və növbəti 10 il üçün yeni urban iqlim gündəliyinin formalaşdırılması müzakirə olunur.

Anar Quliyev qeyd edib ki, forumun ilk iki günündə müşahidə edilən güclü yağıntılar da iqlim dəyişikliklərinin real təsirlərini nümayiş etdirir.

"Bu, iqlim dəyişikliklərinin nəticəsidir. May ayında Bakıda bu qədər yağıntı görməmişdim. Bu, artıq yeni reallıqdır", - deyə o bildirib.

Komitə sədri vurğulayıb ki, bu kimi qlobal problemlər qarşısında şəhərlərin adaptasiya qabiliyyətinin artırılması vacibdir.

O, həmçinin Azərbaycanda postmünaqişə bərpa və "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən şəhərsalma layihələrinə də toxunub.

Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təmizlənməsi, kompleks planlaşdırma və genişmiqyaslı bərpa işləri paralel şəkildə aparılır və 12 şəhər, yüzlərlə kənd üzrə yenidənqurma həyata keçirilir.
Onun sözlərinə görə, bu proses təkcə binaların tikintisi deyil, eyni zamanda yeni həyat keyfiyyətinin formalaşdırılmasıdır.

O əlavə edib ki, bu ərazilərdə müasir idarəetmə modeli və institusional islahatlar tətbiq olunur və hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.

Komitə sədri qeyd edib ki, bu təcrübə beynəlxalq tərəfdaşlar üçün də maraq doğurur və müxtəlif ölkələrlə bu sahədə müzakirələr aparılır.

Anar Quliyev sonda vurğulayıb ki, dünyada münaqişədən təsirlənmiş ərazilərin sayı artdığından, həmin bölgələrə həyatın qaytarılması və bərpa proseslərinin effektiv təşkili xüsusi əhəmiyyət daşıyır.