Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Bakı Zooloji Parkında ilk gecə turu keçirildi - FOTO

Əsas / Maraqlı

Bakı Zooloji Parkında ilk gecə turu keçirildi - FOTO


Bakı Zooloji Parkında 29 oktyabr tarixində ilk dəfə gecə turu təşkil olunub.

İki saat davam edən tura 200-dən çox iştirakçı qoşulub. Ziyarətçilər tur zamanı Zooloji Park sakinlərini  gecə saatlarında müşahidə ediblər.

Turun məqsədi heyvanların gecə həyat tərzi ilə tanışlıq olub. Tədbirə qatılanlar günəş batandan sonra heyvanlar aləmində nələrin baş verdiyini izləyib, gecə aktiv olan fauna növlərini daha yaxından seyr etmə şansı əldə ediblər. Tur zamanı qonaqlar Bakı Zooloji Parkının könüllüləri tərəfindən istiqamətləndirilib, ərazini istəklərinə uyğun olaraq həm piyada gəzib, həm də elektrikli avtomobil ilə səyahət edə biliblər. O cümlədən, tura qatılanlara bələdçi tərəfindən heyvanlar haqqında məlumatlar da verilib.

İştirakçılar elektrikli avtomobil ilə səyahət edərkən manqust, şir, bəbir, porsuq, yenot, su samuru, zebra, ayı, canavar, yaquarı daha yaxından seyr edib, piyada gəzinti zamanı isə pavian qamadril, yırtıcı quşlar, xallı maral, pələng, tur, muflon kimi bir sıra heyvanlar ilə tanış olublar. İnsanlar yalnız gecə vaxtı heyvanların hökmdarlığını, cəlbedici və vahiməli baxışlarını görə bilərlər. Məhz gecə turunda ziyarətçilər bu görünüşləri özündə əks etdirən foto şəkil və videoları əldə edə biliblər.

Qeyd edək ki, belə turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

7 oktyabr 2021 tarixində yenidənqurma işlərindən sonra qapılarını ziyarətçilərə açan Bakı Zooloji Parkında çoxsaylı tədbirlər keçirilməyə başlanılıb. Tədbirlərin əsas məqsədi maraqlı və əyləncəli zaman keçirməklə ziyarətçiləri təbiət haqqında maarifləndirmə, onlarda canlı aləmə,  xüsusən də Azərbaycanın nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinə sevgi və qayğı hissini formalaşdırmaqdır. /Oxu.az/