Valyuta məzənnəsi:
23:10 Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? - ARAŞDIRMA  |     21:30 Cənubi Koreyanın gözlənilməz qalibiyyəti, Niderland isə 1/4 finalda!  |     16:05 İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdi - FOTO  |     14:30 Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər  |     23:10 Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozanları 5 il həbs və cərimə gözləyir  |     21:00 SOCAR-a yeni mətbuat katibi təyin edildi  |     01:15 “Soyuq əllər, isti ürək” yarmarkasının açılışından FOTOREPORTAJ  |     21:15 DÇ-də sürpriz - Belçika qrupda qaldı  |     19:00 ABŞ Ukrayna üçün “NASAMS” sistemləri alır  |     18:24 Ev alarkən geri qaytarılan min manatlar: ƏDV mexanizmi necə işləyir? - AÇIQLAMA + FOTO  |     23:15 “Caliber”: Vardanyan və general Volkovun Qarabağdakı qızıl biznesi – VİDEO  |     21:20 DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub  |     17:20 İlham Əliyev YAP-çıları təltif etdi - Siyahı  |     22:45 Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB + FOTO  |     12:50 İlon Mask “döyüş”ə başladığını elan etdi - FOTO  |     10:45 Dünyada “iPhone” qıtlığı yarana bilər - VİDEO  |     11:29 DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - VİDEO  |     10:50 Hibrid avtomobillərə maraq hansı tələbatlara təsir edir? - FOTO  |     10:16 İspaniya - Almaniya matçında qollu bərabərlik  |     09:53 Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB + FOTO  |    
CityNews.az » Əsas » Göyçaylı narçı: “Xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var”

Əsas / İqtisadiyyat

Göyçaylı narçı: “Xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var”


Göyçay sakinlərinin payızda gəlir sahələrindən biri olan nar təsərrüfatlarında yığıma başlanılıb. Narın həm şirəsi, həm də ondan hazırlanan məhsullar dünyanın onlarla ölkəsinə ixrac olunur.

AZƏRTAC xəbər verir ki, son 50 ildə göyçaylılar narın 20-dən çox növünü yetişdirməyə nail olsalar da, əsasən bağlarda Gülövşə, Vələs, Şıxbaba, Şirin nar və Bala Mürsəl nar sortlarının əkilməsinə üstünlük verirlər.

Otuz ildən çoxdur narçılıqla məşğul olan, “Əmək ordeni” ilə təltif edilən Göyçayın Qaraxıdır kənd sakini Eyvaz Səmədov deyir ki, ötən illə müqayisədə bu il məhsul boldur, amma qiymətlər qaneedici deyil. Bunun da əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı problemdir.

“Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxa bilək. Amma bu o demək deyil ki, məhsulumuz ağacda batacaq. Nar elə bir meyvədir ki, onun yerli bazarda kifayət qədər alıcısı var”.

Göyçayda narçılığa maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 70 hektar sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Göyçayın nar bağlarında məhsul yığımı oktyabr ayının ilk günlərindən başlayır, növbəti ayın ortalarına qədər yekunlaşır. Tədarük edilən məhsulun 85 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.

Şahsoltanlı kənd sakini Cümşüd Məhiyevin sözlərinə görə, bir neçə gündür həyətlərində olan narın tədarükünə başlayıblar. Yığım prosesi 15-20 gün davam edən nar ilk növbədə çeşidlənir: “Biz birinci növ narı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər ucuzdur. Qiymətlərin aşağı olmasının yaxşı tərəfi odur ki, hamı nar alıb yeyə bilir”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı vardısa, hazırda bağların sahəsi 3632 hektara çatıb. 3562 hektar bağdan isə məhsul yetişir. Bu il hər ağacdan orta hesabla 30-50 kiloqram məhsul götürülür.