Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Özbəklərin “Qaynana”sı Musiqili Teatra gəlir

Əsas / Teatr-Rəsm

Özbəklərin “Qaynana”sı Musiqili Teatra gəlir

 


 2, 4, 5 noyabr tarixlərində saat 19:00-da Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. 


CityNews.Az xəbər verir ki, səfər çərçivəsində özbək teatrı Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını nümayiş etdirəcək.

Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqan teatrına dəvət olunmuşdu. 

Qeyd edək ki, “Qaynana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatrda) səhnəyə qoyulub. Bənzərsiz Xalq artistimiz Nəsibə Zeynalova bu tamaşada unudulmaz obrazı ilə milyonların qəlbini fəth edib. 

Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında isə Cənnət obrazını Özbəkistan Respublikasının əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.

          Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur. 

Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işinin tamaşaçısı olmaq istəyən hər kəs biletləti şəhərimizi bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.