Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Akademik Musiqili Teatrın balaca aktrisası beynəlxalq layihədə

Əsas / Teatr-Rəsm

Akademik Musiqili Teatrın balaca aktrisası beynəlxalq layihədə


Latviya Respublikasının ölkəmizdəki səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi “Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalınin davamı olaraq, gender bərabərliyi mövzusunda birgə hazırladığı “O” beynəlxalq layihəsini təqdim edib.


CityNews.Az xəbər verir ki, festival çərçivəsində oktyabrın 30-da və noyabrın 3-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində müasir Azərbaycan yazıçısı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balaca aktrisası Nuray Məmmədzadə bu tamaşada baş rolun ifaçısıdır.

Ölkəmizdəki gender problemlərinə toxunulan bu səhnə əsəri müxtəlif yaşlarda olan eyni qəhrəmanın -  yeniyetmə qız, gənc qız və qadının monoloqları üzərində qurulub. 

Tamaşanın quruluşçu rejissoru Tərlan Rəsulovdur.

“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 

Biz də Nuray Məmmədzadəyə uğurlar arzulayırıq.