Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib

Əsas / Cəmiyyət

“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib


“Cəmiyyətin və Medianının İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş ilk olaraq görülən işlərlə bağlı məlumat verib.

Onun sözlərinə görə, bu gün bizim üçün ən əlamətdar günlərdəndir: “Ən şanlı zəfər günümüzdür. Mənliyimizi, kimliyimizi xatırladan gündür. Tarixi zəfərimizin ikinci ildönümünü yaşayırıq. Şuşaya bayraq sancdığımız gün yaddaşlara əbədi həkk olunub. Bu gün Şuşa öz sahiblərindədir. Şuşa milli qürurdur. Ən əsası tarixdir. Milli mənliyimizi geri qaytardıq. Hər gün cəbhədən qələbə xəbəri alırdıq. Xalqa güvənərək ordumuz irəliləyirdi. Şuşaya sahibləri qayıdıb".

L. Azərtaş “Loveshusa.com” saytından da bəhs edib:

“Loveshusa.com saytı yaradılıb. Saytımız üç dildə fəaliyyət göstərir. Orada Şuşada görülən işlərlə bağlı məlumatlar, tanınmış şuşalılarla bağlı müsahibələr var. “Şuşa 270” adlı jurnal nəşr etdirdik. Şuşa sakinlərin işğal zamanı şəhərdən çıxardığı mənəvi dəyəri yüksək olan əşyalarla bağlı foto və məlumatlar var. Onların hər biri ilə üç dildə tanışa ola biləcəksiniz. Müxtəlif həyat hekayələri var. “Şuşanın 270 anı” sənədli filmi 50 nəfərlik heyətlə ərsəyə gəlib. Filmdə beş yaşı olanda Şuşanı tərk edib, 30 ildən sonr geri qayıdan Natavan təsvir olunur. O, fotoqrafdır. Fransada yaşayırmış. Şuşa azad olunanda Bakıya gəlir. 270 anı əks etdirən rəsmlər çəkir. Filmdə Vətən Müharibəsi qəhrəmanı Anar Heydərovun qızı Kübra və həyat yoldaşı da iştirak edir. Bununla yanaşı, filmdə real tarixi hadisələr də var. Xan qızı, 26 yaşlı Natavanın 56 yaşlı Aleksandr Dumayla Şahmat oyunu da əks olunub”. /Oxu.Az/