Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » "İradım birbaşa Afaq Gəncəliyədir!" - VİDEO

Əsas / Son xəbərlər / Maqazin

"İradım birbaşa Afaq Gəncəliyədir!" - VİDEO


Müğənni Zenfira İbrahimova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

Citynews.Az xəbər verir ki, sənətçi aparıcı Afaq Gəncəlinin təqdim etdiyi "10LAR" verilişində səsləndirdiyi mahnıya görə həmkarları Məhin Hümbətova və Hacı Nazim Məmmədov tərəfindən tənqid olunmasına münasibət bildirib.

İbrahimova yayımladığı videomüraciətdə bəzi hallarda haqsızlığa susa bilmədiyini vurğulayaraq efirdə səslənən fikirlərə cavab vermək istədiyini deyib.

Müğənni qeyd edib ki, musiqi təhsili alması və uzun illərdir sənətdə fəaliyyəti hər kəsə məlumdur. O, vaxtilə Kubariyə xanımla keçirdiyi böyük konsertin aparıcısının da məhz Afaq Gəncəli olduğunu xatırladıb.

İfaçı verilişdə onun daha keyfiyyətli və sevilən mahnılarının təqdim oluna biləcəyini bildirib. Zenfira İbrahimovanın sözlərinə görə, müzakirələrə səbəb olan mahnının seçilməsi məqsədli təsir bağışlayıb.

"Verilişdə repertuarımdakı daha məşhur və uğurlu mahnılara yer verilə bilərdi. Bu addımı zəiflik əlaməti kimi qiymətləndirirəm. Həmin mahnı üzərindən müzakirə yaratmağa çalışıldığını düşünürəm".


Müğənni həmçinin hesab edir ki, onun ünvanına səsləndirilən tənqidlər zamanı həmkarları və proqramın yaradıcı heyəti daha obyektiv mövqe sərgiləməli idilər.

Zenfira İbrahimova videoda iradının birbaşa Afaq Gəncəliyə və proqramın komandasına ünvanlandığını vurğulayıb.

Sənətçinin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.


Hüseyn