Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » "Maşını dostlarım hədiyyə edib"

Əsas / Son xəbərlər / Maqazin

"Maşını dostlarım hədiyyə edib"


Müğənni Tacir Şahmalıoğlu son açıqlaması ilə maraq doğurub.

Citynews.Az xəbər verir ki, sənətçi yeni avtomobilindən danışarkən onu öz imkanları ilə almadığını etiraf edib. Tacir Şahmalıoğlunun sözlərinə görə, yaxın dostları ona avtomobilini yeniləməyi tövsiyə etsələr də, maddi imkanının buna çatmadığını bildirib.

Müğənni qeyd edib ki, bu söhbətdən sonra dostları ona sürpriz edərək yeni avtomobil hədiyyə ediblər.

"Yaxın dostlarım soruşdu ki, niyə avtomobilini dəyişmirsən? Dedim ki, imkanım yoxdur. Sağ olsunlar, özləri mənə avtomobil hədiyyə etdilər. Ad çəkmək istəmirəm, amma hər birinə minnətdaram. Allah onlara can sağlığı versin", - deyə sənətçi bildirib.

Tacir Şahmalıoğlu oğlunun toyundan da danışıb. O, məclisdə yaşanan izdihamın və qonaqların böyük marağının onu qürurlandırdığını vurğulayıb.


Müğənninin sözlərinə görə, toyda iştirak edən insanların çoxluğu onun illər ərzində qazandığı hörmət və sevgidən xəbər verir.

"Oğluma toy etdim. Məclisdəki izdiham məni çox sevindirdi. Dəvət etdiyim insanlar can-başla gəlib iştirak etdilər. Bu, mənim üçün böyük dəyərdir. Demək ki, insanların sevgisini qazana bilmişəm. Məncə, bu, var-dövlətdən daha qiymətlidir", - deyə o əlavə edib.

Sənətçinin səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.


Musa