Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Akademik Musiqili Teatrda Emin Sabitoğlunun 85 illik yubileyi qeyd olunub

Əsas / Teatr-Rəsm

Akademik Musiqili Teatrda Emin Sabitoğlunun 85 illik yubileyi qeyd olunub



Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kalmonovski) musiqili komediyasının növbəti nümayişi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunub.


CityNews.Az xəbər verir ki, tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə çıxış edərək bəstəkarın həyat və yaradıcılıq fəaliyyətindən danışıblar. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, eləcə də bəstəkarın ailə üzvlərinin iştirak etdiyi tamaşa hər kəs tərəfindən rəğbətlə qarşılanıb.


Qeyd edək ki, rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda teatrın rus bölməsində ərsəyə gələn bu musiqili komediyanın premyerası 2018-ci ilin 18 oktyabrında teatrsevərlərə təqdim olunub. Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, tamaşanın ideyası müasir zamanla səsləşir.


Səhnə əsərində rolları teatrın sevilən aktyorları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Mehriban Zaliyeva, Nadejda Povelitsina, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Hidayət Əliyev, Murad Əliyev, Əli Kərimov ifa ediblər.