Valyuta məzənnəsi:
17:05 80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)  |     16:33 Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)  |     16:10 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb  |     15:55 Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)  |     15:35 Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı  |     15:23 "Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)  |     15:10 Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)  |     14:33 Müğənni Sevda rəqsi ilə diqqət çəkdi - (Video)  |     14:30 Kadırov NATO-ya müharibə elan etdi  |     14:15 "Bütün arxivləri açacağıq" - Zelenski  |     14:05 "Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"  |     13:10 Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)  |     12:57 "Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı  |     11:33 Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)  |     11:00 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq  |     10:55 Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)  |     10:33 Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)  |     10:23 “Qarabağ”ın biletləri bu gün satışa çıxarılır  |     09:55 Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)  |     09:05 Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)  |    
CityNews.az » Əsas » İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO

Əsas / Son xəbərlər / İdman / Maqazin

İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO


Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında davam edən hüquqi çəkişmədə yeni qərar açıqlanıb.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada keçirilən məhkəmə prosesində Naranın aylıq 250 min avro aliment tələbi qəbul edilməyib. Məhkəmə tərəflərin maddi vəziyyətini araşdırdıqdan sonra Naranın kifayət qədər maliyyə imkanlarına malik olduğu qənaətinə gəlib.

Bir müddətdir boşanma prosesi ilə gündəmdə olan cütlük arasında aliment məsələsi əsas mübahisə mövzularından biri idi. Daha əvvəl futbolçunun aliment və digər məhkəmə xərclərini ödəməsi ilə bağlı qərar çıxarılsa da, İkardi həmin qərardan şikayət etmişdi.

Milan şəhərində keçirilən son məhkəmə iclasında isə işə yenidən baxılıb və hakimlər Vanda Naranın tələb etdiyi yüksək məbləğin ödənilməsinə ehtiyac olmadığı qənaətinə gəliblər.


Beləliklə, Mauro İkardi keçmiş həyat yoldaşı ilə aliment məsələsi üzrə apardığı hüquqi mübarizədə öz xeyrinə qərar əldə edib.

Qeyd edək ki, uzun illər evli olan cütlüyün münasibətləri son dövrlərdə tez-tez gündəmə gəlir və onların şəxsi həyatı xarici mətbuatın diqqət mərkəzində qalmaqda davam edir.


Hüseyn