Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO

Əsas / Son xəbərlər / Maraqlı / Ordu

Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO


Kanadada keçirilən hərbi təlim zamanı yaşanan maraqlı hadisə sosial şəbəkələrdə diqqət çəkib.

Citynews.Az xəbər verir ki, yayılan görüntülərdə təlim zamanı yuxuya gedən əsgərin həmkarları tərəfindən zarafatla oyadıldığı əks olunub. Belə ki, hərbçilər əsgərin yaxınlığında topdan atəş edərək onu yuxudan oyadıblar.

Gözlənilməz səsdən diksinən əsgər qorxu və təəccüb içində yerindən sıçrayaraq ətrafına baxıb. Həmin anlar isə kameralara düşərək qısa müddətdə yayılıb.

Videoya baxan istifadəçilər hadisəni maraqla qarşılayıblar. Bəziləri bunu hərbçilər arasında edilən zərərsiz zarafat kimi qiymətləndirib, digərləri isə əsgərin reaksiyasının olduqca maraqlı olduğunu qeyd ediblər.

Sözügedən görüntülər sosial şəbəkələrdə minlərlə baxış toplayaraq müzakirələrə səbəb olub.


Hüseyn