Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » İqtisadi Şuranın iclası keçirilib

Əsas / Son xəbərlər / İqtisadiyyat

İqtisadi Şuranın iclası keçirilib


11 iyun tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub. 

Citynews.Az xəbər verir ki, gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.  

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.