Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » İsrailin müdafiə naziri: “İsrail İranı vura bilər”

Əsas / Dünya

İsrailin müdafiə naziri: “İsrail İranı vura bilər”


İsrailin İrana zərbə endirmək imkanı var. Lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq.

Bunu yəhudi dövlətinin müdafiə naziri Beni Qants bildirib.

“İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələni də çox diqqətlə düşünməliyik”, - deyə o, bəyan edib.

Eyni zamanda, nazir xatırladıb ki, əvvəllər belə bir ssenariyə Netanyahunun baş nazir olduğu illərdə də baxılıb, lakin sonradan zərbə endirməmək qərara alınıb.

Mənbə: TASS