Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » Akademik Musiqili Teatrdan Zəfər Günü

Əsas / Teatr-Rəsm

Akademik Musiqili Teatrdan Zəfər Günü


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti 8 Noyabr – Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar "Təki Vətən sağ olsun!" adlı qısametrajlı film hazırlayıb.

44 Günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ikinci quruluşçu rejissoru, eyni zamanda operator və montajçısı Murad Həsənovdur.

Filmdəki obrazları Akademik Musiqili Teatrın tanınmış aktyorları, Əməkdar artisti Nadir Xasiyev, onun oğlu Səmədzadə Xasiyev və nəvəsi Əlibəy Xasisoy canlandırıblar.

Vətənpərvərlik mövzusunda hazırlanan silsilə layihələrin davamı olan bu filmdə teatrın aktyorları İbrahim Əlizadə, Hidayət Əliyev, Murad Əliyev də iştirak ediblər.

Həmçinin teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərlik etdiyi balet truppasının üzvləri də kütləvi səhnələrdə çəkiliblər.
 Onların arasında l Qarabağ Müharibəsi iştirakçısı, "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunmuş teatrın balet artisti Murad Ağayev də vardır.

Filmdə səsləndirilən musiqinin ("Pıçıldaşan ləpələr") tarda ifaçısı Əli Əsgər Məmmədov, səs operatoru Məhəmməd Məmmədovdur.

Qeyd edək ki, ötən iki il ərzində rejissor Samir Qulamovun ssenarisi və quruluşunda Akademik Musiqili Teatrında bu səpgidə müxtəlif filmlər çəkilib və sosial media platformaları vasitəsilə izləyicilərə təqdim edlib.