Valyuta məzənnəsi:
23:10 Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? - ARAŞDIRMA  |     21:30 Cənubi Koreyanın gözlənilməz qalibiyyəti, Niderland isə 1/4 finalda!  |     16:05 İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdi - FOTO  |     14:30 Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər  |     23:10 Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozanları 5 il həbs və cərimə gözləyir  |     21:00 SOCAR-a yeni mətbuat katibi təyin edildi  |     01:15 “Soyuq əllər, isti ürək” yarmarkasının açılışından FOTOREPORTAJ  |     21:15 DÇ-də sürpriz - Belçika qrupda qaldı  |     19:00 ABŞ Ukrayna üçün “NASAMS” sistemləri alır  |     18:24 Ev alarkən geri qaytarılan min manatlar: ƏDV mexanizmi necə işləyir? - AÇIQLAMA + FOTO  |     23:15 “Caliber”: Vardanyan və general Volkovun Qarabağdakı qızıl biznesi – VİDEO  |     21:20 DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub  |     17:20 İlham Əliyev YAP-çıları təltif etdi - Siyahı  |     22:45 Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB + FOTO  |     12:50 İlon Mask “döyüş”ə başladığını elan etdi - FOTO  |     10:45 Dünyada “iPhone” qıtlığı yarana bilər - VİDEO  |     11:29 DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - VİDEO  |     10:50 Hibrid avtomobillərə maraq hansı tələbatlara təsir edir? - FOTO  |     10:16 İspaniya - Almaniya matçında qollu bərabərlik  |     09:53 Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB + FOTO  |    
CityNews.az » Əsas » Elektromobillərin idxal rüsumundan azad edilməsi bazara necə təsir edəcək? - FOTO

Əsas / İqtisadiyyat

Elektromobillərin idxal rüsumundan azad edilməsi bazara necə təsir edəcək? - FOTO


“İstehsalından üç ilə qədər ötmüş elektromobillərin Azərbaycana idxalının gömrük rüsumundan azad edilməsi 2030-cu ilə qədər onların avtomobil idxalında payını indiki 5%-dən 50%-ə çatdıra bilər”.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Nazirlər Kabinetinin noyabrın 11-də qəbul etdiyi qərarı şərh edərkən deyib.

“Bu gün elektrik mühərrikli avtomobillərin gömrük rüsumundan azad edilməsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən ilin may ayında hazırladığı Yol Xəritəsi əsasında həyata keçirilir. Məhz həmin sənəddə ekoloji təmiz avtomobillərin idxalının və istismarının stimullaşdırılması qeyd edilib. Bu il oktyabrın 1-dən ekoloji təmiz avtomobillərin kredit şərtlərinin yüngülləşdirilməsi də həmin məqsədə xidmət edir. Cəmi 10% ilkin ödənişlə illik faiz dərəcəsi 10% olan kreditlə ekoloji təmiz avtomobilləri əldə etmək olar. Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla isə bu sektorda canlanma daha da artacaq. Təkcə bu ilin doqquz aylıq statistikasına baxsaq, görərik ki, elektromobil və hibrid mühərrikli yeni avtomobillərin sayı kifayət qədər artıb. Nazirlər Kabinetinin sərəncamından sonra isə biznes mühiti elektromobillərin Azərbaycana gətirilməsində daha da maraqlı olacaq. Artıq indidən deyə bilərik ki, gələn ilin yanvarın 1-dən ölkəmizə gətirilən elektrik mühərrikli avtomobillərin qiymətində əhəmiyyətli dərəcədə azalma müşahidə edəcəyik”, - deyə o qeyd edib.

“Bilirsiniz ki, hökumət həm də ölkəmizə idxal olunan elektrik doldurma məntəqələri üçün lazım olan xüsusi avadanlıqları da rüsumdan azad edib. Bu o deməkdir ki, dövlət həmin işlərin mərhələli şəkildə həyata keçirilməsini məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı biznes fəaliyyətini daha da inkişaf etdirə bilər. Təbii ki, bu addımlar davamlı olmalıdır. Məncə, növbəti mərhələdə biznes üçün müəyyən güzəştlər tətbiq edilməsini gözləmək mümkündür. Məsələn, müəyyən qanunlarda bəzi dəyişikliklər edilməsi ilə elektrikdoldurma məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsinə güzəştlər verilə bilər”, - deyə E.Cəfərov əlavə edib.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də hesab edir ki, son addımlar Azərbaycanda avtomobil parkının yenilənməsi üçün xüsusi əhəmiyyət kəsb edir:

“Son bir ildə ekoloji təmiz avtomobil sektoru ilə bağlı iki dəfə güzəşt tətbiq edilməsi ölkəmizdə bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atıldığını göstərir. İlk dəfə elektromobillərin idxalı 18%-lik əlavə dəyər vergisindən azad olundu. İndi də 15%-lik rüsumdan azadolma haqqında qərar verildi. Təbii ki, bu, elektromobillərin Azərbaycanda təşviqi istiqamətində aparılan uğurlu işlərin tərkib hissəsi, avtomobil parkının yenilənməsi istiqamətində atılan ən mühüm addımlardandır”.

“Biz AADA olaraq 2019-cu ildən aidiyyəti qurumlarla müzakirələr aparmışdıq və təkliflərimizi irəli sürmüşdük. Artıq sevindirici haldır ki, dövlət başçısının ötən ilin fevral ayında imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sərəncamın 5-ci bəndi də icra edilir. Belə ki, məhz həmin maddənin də bir hissəsi ölkədə avtomobil parkının yenilənməsi, avtomobillərin ətraf mühitə, ekologiyaya təsiri ilə bağlıdır. Çünki ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına şərait yaradır. Düşünürəm ki, Prezidentin tövsiyəsinə uyğun olaraq aidiyyəti strukturlar digər növ avtomobillər üçün də müəyyən güzəştlər tətbiq edəcəklər. Hansı ki, bu, ölkəmizdə avtomobil parkının yenilənməsi prosesini sürətləndirə bilər”.