Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

Əsas / Siyasət

Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU


Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.

“Report” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

“Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Respondentlərin 84.7%-i dövlət başçısına tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib. Cəmi 2,9% respondent əsasən etibar etmədiyini, 1,3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Rəyi soruşulanların təxminən 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb”, - deyə qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu “İnam İdeksi” jurnalının 8-ci sayının təqdimatında bildirib.

Rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament, məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.

E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31,6%-i Milli Məclisə tam etibar etdiyini, 31,7%-i əsasən etibar etdiyini bəyan edib:

“Respondentlərin 9,8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22,3%-i isə heç etibar etmədiyini bildirib. 4,7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30,4%-i məhkəmələrə tam, 28,8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11,1%-i əsasən etibar etmədiyini, 20,7%-i isə heç etibar etmədiyini qeyd edib”.

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.