Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » Səsdən 2 dəfə sürətli uçan "Concorde" niyə tarixə qovuşdu? - (Video)

Əsas / Son xəbərlər / Texnologiya / Maraqlı

Səsdən 2 dəfə sürətli uçan "Concorde" niyə tarixə qovuşdu? - (Video)


Bir dövr aviasiyanın ən böyük nailiyyətlərindən hesab olunan "Concorde" sərnişin təyyarəsi sürəti və texnoloji üstünlükləri ilə dünyanı heyrətləndirmişdi. Səs sürətini iki dəfə üstələyən bu əfsanəvi hava gəmisi transatlantik uçuşların müddətini rekord səviyyəyə endirmişdi.

Citynews.Az xəbər verir ki, "Concorde" ilə London-Nyu-York marşrutunu cəmi 3,5 saata qət etmək mümkün idi. Hətta saat fərqinə görə bəzi hallarda sərnişinlər təyinat məntəqəsinə havaya qalxdıqları vaxtdan daha tez çatmış kimi görünürdülər.

Lakin bu möhtəşəm layihənin ömrü uzun olmadı. Təyyarənin həddindən artıq yanacaq sərf etməsi, istismar xərclərinin çox yüksək olması və yaratdığı səs-küy onun istifadəsini çətinləşdirirdi.

2000-ci ildə baş verən və 113 nəfərin həyatına son qoyan faciəli qəza isə "Concorde"un taleyində dönüş nöqtəsi oldu. Ardınca 11 sentyabr terror hadisələrindən sonra aviasiya sektorunda yaranan böhran da layihəyə ciddi təsir göstərdi.


Nəticədə 2003-cü ildə "Concorde" rəsmi olaraq istismardan çıxarıldı. Bu gün artıq səmalarda görünməsə də, o, aviasiya tarixində ən cəsarətli və innovativ mühəndislik layihələrindən biri kimi xatırlanır.