Valyuta məzənnəsi:
23:10 Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? - ARAŞDIRMA  |     21:30 Cənubi Koreyanın gözlənilməz qalibiyyəti, Niderland isə 1/4 finalda!  |     16:05 İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdi - FOTO  |     14:30 Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər  |     23:10 Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozanları 5 il həbs və cərimə gözləyir  |     21:00 SOCAR-a yeni mətbuat katibi təyin edildi  |     01:15 “Soyuq əllər, isti ürək” yarmarkasının açılışından FOTOREPORTAJ  |     21:15 DÇ-də sürpriz - Belçika qrupda qaldı  |     19:00 ABŞ Ukrayna üçün “NASAMS” sistemləri alır  |     18:24 Ev alarkən geri qaytarılan min manatlar: ƏDV mexanizmi necə işləyir? - AÇIQLAMA + FOTO  |     23:15 “Caliber”: Vardanyan və general Volkovun Qarabağdakı qızıl biznesi – VİDEO  |     21:20 DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub  |     17:20 İlham Əliyev YAP-çıları təltif etdi - Siyahı  |     22:45 Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB + FOTO  |     12:50 İlon Mask “döyüş”ə başladığını elan etdi - FOTO  |     10:45 Dünyada “iPhone” qıtlığı yarana bilər - VİDEO  |     11:29 DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - VİDEO  |     10:50 Hibrid avtomobillərə maraq hansı tələbatlara təsir edir? - FOTO  |     10:16 İspaniya - Almaniya matçında qollu bərabərlik  |     09:53 Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB + FOTO  |    
CityNews.az » Əsas » Maradonanın “Tanrının əli” ilə qol vurduğu top fantastik qiymətə satıldı

Əsas / İdman

Maradonanın “Tanrının əli” ilə qol vurduğu top fantastik qiymətə satıldı

Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatında “Tanrının əli” ilə qol vurduğu top hərracda satışa çıxarılıb.

Çempionatın 1/4 finalında İngiltərəyə qarşı oyunda istifadə olunan top “Graham Budd Auctions” hərracında 2,28 milyon avroya satılıb.

Topu İngiltərə-Argentina matçında çalışmış tunisli hakim Əli Bin Naseru satışa çıxarıb. Hər lot üzrə gəlirin 3,43 milyon avro olacağı gözlənilirdi, bununla belə başlanğıc qiymət 570 min avrodan başlayıb.

Argentina yığması əfsanəvi Dieqo Maradonanın iki qolu sayəsində 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. İlk qolu isə o, əli ilə vurub. Hakim britaniyalıların etirazına baxmayaraq, topun başla vurulduğu qənaətinə gəlib və qolu qeydə alıb.

Qələbədən sonra argentinalı hücumçu bildirib ki, top “bir az Maradonanın başı, bir az da Tanrının əli” ilə vurulub.

Mənbə: kp.ru