Valyuta məzənnəsi:
22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |     17:46 “Kişinin görünüşü mənim kimi olmalıdır...” - Yaşar Yusub  |     17:32 MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ  |     17:30 Xavi Arda Gülərdən danışdı: “O, çox...”  |     16:43 İlham Əliyevin Putinlə təkbətək görüşü olub  |     16:42 “Oğlum dedi ki, ata məni çox paylaşma...” – Yaşar Yusub  |     16:10 Çindən gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq  |     16:00 Ançelottidən Arda Gülərlə bağlı şad xəbər  |     13:13 “MİNİONS” KOMANDASI RED BULL FOUR 2 SCORE ÖLKƏ FİNALININ QALİBİ OLDU - FOTO  |     13:10 Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir - FOTO  |     08:32 Raman Saley Avropa çempionu oldu  |     18:30 Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi  |     18:30 Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi  |    
CityNews.az » Əsas » Azərbaycan ordusunun Daşkəsən və Ağdamdakı mövqeləri atəşə tutuldu

Əsas / Ordu

Azərbaycan ordusunun Daşkəsən və Ağdamdakı mövqeləri atəşə tutuldu


Noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.