Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » Maradona və Pelenin illər öncəki unudulmaz görüşü yenidən gündəm oldu - (Video)

Əsas / Son xəbərlər / İdman / Maraqlı

Maradona və Pelenin illər öncəki unudulmaz görüşü yenidən gündəm oldu - (Video)


Futbol tarixinin iki əfsanəsi Diyeqo Maradona və Pelenin 2005-ci ildə baş tutan yaddaqalan görüşünə aid görüntülər yenidən sosial şəbəkələrdə geniş maraq doğurub.

Citynews.Az xəbər verir ki, həmin vaxt Maradonanın təqdim etdiyi "La Noche del 10" proqramının qonağı məhz braziliyalı futbol əfsanəsi Pele olub.

Veriliş zamanı iki dünya ulduzu uzun illər futbol meydanlarında yaşadıqları xatirələrdən danışıb, səmimi söhbətləri ilə izləyicilərin rəğbətini qazanıblar. Daha sonra isə onlar studiyada topu yerə salmadan başla bir-birlərinə ötürərək məharətlərini nümayiş etdiriblər.

Əfsanəvi futbolçuların bu çıxışı təkcə texniki bacarıqların nümayişi deyil, həm də futbol tarixinin ən böyük rəqibləri arasında qarşılıqlı hörmət və dostluğun simvolu kimi qiymətləndirilib.

İllər sonra yenidən yayılan görüntülər futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Diyeqo Maradona və Pelenin birlikdə yer aldığı bu anları futbol tarixinin ən unudulmaz kadrlarından biri adlandırıblar.