Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB + FOTO

Əsas / Cəmiyyət

Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB + FOTO


Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüş keçirilib.

“Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə baş tutan veloyürüşdə Binəqədi Gənclər Evi, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər iştirak ediblər.

40-a yaxın velosipedçinin qatıldığı yürüşə “Azneft” dairəsindən start verilib.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında veloyürüşü başa vurublar.

Veloyürüşdən sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

15:17

Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

“Report”un xəbərinə görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.

Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. /Report/